Gəncədə Vətən müharibəsi iştirakçısı niyə özünə qəsd etmək istəyir?- Video

Dünən, 15:24           
Gəncədə Vətən müharibəsi iştirakçısı niyə özünə qəsd etmək istəyir?- Video
Vətən müharibəsi iştirakçısı Gəncə şəhər İcra Hakimiyyətindən şikayət edir.

XALQ.AZ xəbər verir ki, Vətən müharibəsi iştirakçısı, Şuşanın işğaldan azad olunmasında iştirak edən Məmmədov Sərxan Canpolad oğlu Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Mahir Hüseynovdan şikayət edir.

Sərxan Məmmədov sosial şəbəkədə çxışında qeyd edir ki, mənə qarşı haqsızlıq olur, maddi yardım göstərilməsi üçün müraciət etsədə ona heç bir köməklik göstərilməyib .

Mahir Hüseynov ancaq tanıdığı şəxslərə maddi yardım edir deyə bildirib. O qeyd edib ki, dəfələrlə müraciət etsədə Mahir Hüseynov ona kobud rəftar edərək, rədd cavabı verib.

Məsələ ilə bağlı Gəncə şəhər icra hakimiyyətindən heç bir açıqlama almaq mümkün olmadı.

Adları keçən şəxslərində mövqeyini dərc etməyə hazırıq.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.