"Tələbələrə restoranda, geyim mağazasında deyil, nəqliyyatda endirim lazımdır" - AKTUAL

11-03-2025, 11:17           
"Tələbələrə restoranda, geyim mağazasında deyil, nəqliyyatda endirim lazımdır" - AKTUAL
"Tələbələrə restoranda, geyim mağazasında deyil, nəqliyyatda endirim lazımdır" - bunu Sonxeber.az -a açıqlama verən sosioloq Lalə Mehralı deyib:

"Tələbələrin təqaüdlərinin artırılması vacibdir. Çünki əksəriyyəti həm işləyib, həm oxumaq məcburiyyətində qalırlar. Bəziləri isə dərslərin çoxluğundan heç işləyə bilmirlər. Valideyinlərin verdiyi xərclik ilə və aldıqları təqaüdlə dolanmalı olurlar. Günün bahalığı, nəqliyyat xərclərinin artması səbəbindən onların təqaüdləri bəs etmir. Bütün hallarda artım müsbət qarşılanır, lakin daha çox artıma ehtiyyac var. Biz gözləyirdik ki, tələbə plus kartları ən azından onların nəqliyyat xərclərini qarşılayar, amma bu belə olmadı. Bununla bağlı cəmiyyətdə çox ciddi və haqlı narazılıqlar oldu. Tələbələrə restoranda, geyim mağazasında deyil, nəqliyyatda endirim lazımdır. Hal-hazırda tələbənin nəyə ehtiyacı varsa, məhz həmin ehtiyaclar qarşılanmalıdır. Hansı tələbə hər gün restoranda, kafedə yemək yeyə bilir? Təbii ki, əksəriyyətinin bu imkanı yoxdur. Restoran endirimi tələbələrin bir işinə yaramır. Nəqliyyatda ən azından 50 faiz endirim isə tələbələrə böyük dəstək ola bilər. Düşünürəm ki, bu məsələlərə təkrar baxılmalıdır"












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.