“Tender kralı”nın külli miqdarda vergi borcu var

11-03-2025, 11:52           
“Tender kralı”nın külli miqdarda vergi borcu var
"Vedi Construction” şirkətin külli miqdarda vergi borcu yaranıb.

TEREF Valyuta.az-a istinadən xəbər verir ki, şirkətin bu günə olan vergi borcu 813 523,34 manat təşkil edir. "Vedi Construction” şirkəti 20 manatlıq nizamnamə kapitalı ilə yaradılıb. Hazırda şirkətin nizamnamə kapitalı 500 manatdır.

"Vedi Construction” şirkətin qanuni təmsilçisi Əliyev Emin Eldar oğludur. "Vedi Construction” şirkəti dövlət satınalmalarında fəal iştirak edib.

2024-cü ilin noyabr ayından şirkətə dövlət satınalmalarında iştirakla bağlı qadağa tətbiq edilib. Qadağa "Vedi Construction” şirkətinin etibarsız təhchizatçıların siyahıya salınması ilə əlaqədardır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru