“Sabunçu və Bakıxanov ərazisində təxminən 230 bina qəzalı vəziyyətdədir”

15-03-2025, 12:44           
“Sabunçu və Bakıxanov ərazisində təxminən 230 bina qəzalı vəziyyətdədir”
“Sabunçu və Bakıxanov ərazisində təxminən 230 bina qəzalı vəziyyətdədir”
Bakının Sabunçu və Bakıxanov ərazisində təxminən 230 bina qəzalı vəziyyətdədir.

Bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa parlamentin bugünkü plenar iclasında Nazirlər Kabinetinin 2024-cü ildəki fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, Sabunçu XIX-XX əsrlərdə inşa edilmiş xeyli bina var.

F.Mustafa eyni zamanda vurğulayıb ki, 174 qəzalı vəziyyətdə olan 2-3 mərtəbəli binaların sakinləri məsələyə əncam çəkilməsini gözləyir: “Hətta bəzi sakinlər qurunt suları olan binalarda yaşayır”.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru