Amerikadan Azərbaycana gətirilən avtomobillər bahalaşa bilər

30-03-2025, 12:34           
Amerikadan Azərbaycana gətirilən avtomobillər bahalaşa bilər
Amerikadan Azərbaycana idxal olunan avtomobillərin qiymətinin artacağı proqnozlaşdırılır.

TEREF Xəzər TV-yə istinadən məlumat verir ki, 2 gün əvvəl ABŞ Prezidenti Donald Tramp ölkəyə idxal olunan avtomobillərə 25 faiz rüsum tətbiq ediləcəyini bildirib.

Qərar aprel ayının 2-dən qüvvəyə minəcək və ABŞ-yə idxal edilən hazır avtomobil və yük maşınlarına, o cümlədən detalları xaricdə yığılan Amerika markalarına şamil ediləcək.

Avtomobil daşınmaları üzrə mütəxəssis Hüseyn Məmmədli bildirib ki, sözügedən qərar hərrac vasitəsilə ölkəmizə Amerikadan gətirilən avtomobillərin qiymətinə təsir edəcək.

Onun sözlərinə görə, qərarın qüvvəyə minməsinə bir neçə gün qalsa da, artıq hərracla satılan yeni avtomobillərin qiymətində artım tempi müşahidə olunur. Qərar qüvvəyə mindikdən sonra qiymət artımı konkret faiz üzərindən ifadə oluna biləcək.

Qeyd edək ki, amerikalı ekspertlər də qərardan sonra qiymətlərin artacağını bildiriblər. Hazırda ölkəmizə 2-ci əl avtomobillər əsasən Amerika və Koreya bazarlarından gəlir.

Ətraflı süjetdə:













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.