"Tuana estetic centre" cərrahı Esmira İbrahimli haqqında araşdırma başlanılıb

4-04-2025, 11:48           
"Tuana estetic centre" cərrahı Esmira İbrahimli haqqında araşdırma başlanılıb
Üzgərmə əməliyyatında canlı yayım açan cərrahla bağlı araşdırma başlayıb.

Bu barədə Xalq.az-a Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.

"Bu məsələ ilə bağlı məlumatlıyıq. Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzində hadisənin araşdırılması məqsədi ilə artıq işçi qrupu yaradılıb. Məsələ ciddi araşdırılacaq və ehtiyac yarandığı halda plandankənar yoxlamanın açılması barədə qərar qəbul ediləcək. Araşdırmanın nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək”, – deyə bildirilib.

Qeyd edək ki, sosial mediada "Tuana estetic centre” klinikasında Esmira İbrahimli adlı cərrahın üzgərmə əməliyyatı zamanı xəstənin dərisini əlində tutub, canlı yayım açdığı haqda video görüntülər yayılıb.

Mənbə: Xalq.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.