Beyləqanda sosial yardım süründürməçiliyi

3-06-2015, 13:28           
Beyləqanda sosial yardım süründürməçiliyi
Beyləqanda ünvanlı sosial yardımların verilməsində dözülməz durum yaranıb.

Bu barədə Xeberci.org portalına şikayət ünvanlamış bir qrup Beyləqan sakinləri iddia edir. Onların sözlərinə görə, yardımların təyinatı sırf subyektiv əsaslarla aparılır, nəticədə isə doğurdan da həmin yardıma ehtiyacı olanlar kənarda qalır, yardım isə imkanlı şəxslərə verilir.
Narazılıq isə əsasən Beyləqan rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin şöbə müdiri Malik Mahmudovdandır. Bildirilir ki, yoxsul ailələrin vaxtında ünvanlı sosial yardım almasına kağız süründürməçiliyi, bürokratik əngəllər, məmurların rüşvətxorluğu mane olur. Bütün bu işlərin başında dayanan şəxs isə Malik Mahmudovdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru