Ağsuda yağışdan sonra yollarda çökmələr genişləndi - Sürücüləri boğaza yığan problem VİDEO

22-05-2025, 12:27           
Ağsuda yağışdan sonra yollarda çökmələr genişləndi -
Bakı-Şamaxı-Yevlax magistral yolunun Ağsu dolaylarından keçən hissəsində, yolun 147-ci kilometrliyində torpaq sürüşməsi nəticəsində yolun kənar hissəsi dağılıb, ərazidə çatlar əmələ gəlib.

Sakinlər bildiriblər ki, hərəkət zamanı ciddi çətinliklər yaşayırlar. Sürüşmələr əsasən dağ istiqamətindən baş verir. Yolun bəzi hissələrində çökmələr və qırılmalar daha da dərinləşib.

Hazırda aidiyyəti qurumlar tərəfindən ərazidə qiymətləndirmə və təhlükəsizlik tədbirləri həyata keçirilir.

Qeyd edək ki, bir neçə gün öncə də həmin ərazidə sürüşmə halları müşahidə olunub. Bəzi bərpa işləri aparılsa da, son günlər davam edən intensiv yağıntılar sürüşmənin yenidən aktivləşməsinə səbəb olub.

Ətraflı Baku TV-nin süjetində:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru