Bu şirkətin yarım milyon manata yaxın vergi borcu var
23-05-2025, 16:24
“Yurd Pharma” şirkətinin xüsusilə külli miqdarda vergi borcu yaranıb.
Şirkətin vergi borcu hazırda 427 060,16 manat təşkil edir. “Yurd Pharma”şirkəti 2016-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 50 manatdır. Şirkətin qanuni təmsilçisi Xudiyev Sərdar İbrahim oğludur.
Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumata rast gəlinmir.