Saxta linklər, alış-veriş elanlarına diqqət… 2024-də bu yollarla 22 kartlardan milyon oğurlanıb

Bu gün, 16:15           
Saxta linklər, alış-veriş elanlarına diqqət… 2024-də bu yollarla 22 kartlardan milyon oğurlanıb
2024-cü il ərzində Azərbaycanda vətəndaşların bank kartlarından 22 milyon 442 min 838 manat vəsait kibercinayətkarlar tərəfindən oğurlanıb. Bu, 16 804 fakt üzrə qeydə alınıb və əsasən xarici kiber müdaxilələrlə həyata keçirilib.

Tribunainfo.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, kibercinayətkarlar əsasən aşağıdakı üsullarla vətəndaşların bank kartı məlumatlarını ələ keçiriblər:

Saxta linklər və keçidlər: 1 027 fakt üzrə 2 043 896 manat
Alış-veriş səhifələrində elanlara zəng etməklə: 411 fakt üzrə 1 196 786 manat
Özünü bank əməkdaşı kimi təqdim etməklə: 290 fakt üzrə 598 048 manat
Mobil telefona kibermüdaxilə yolu ilə: 185 fakt üzrə 311 728 manat
Bankomatdan pul çıxarılmasına kömək adı ilə: 178 fakt üzrə 92 630 manat
Oğurlanmış və ya itirilmiş kartlardan istifadə etməklə: 307 fakt üzrə 101 398 manat.

Bundan əlavə, vətəndaşlar internet resurslarında aldatmaqla, lotereya, qumar oyunları və digər vədlərlə 471 fakt üzrə 2 450 403 manat, alış-veriş saytlarında müxtəlif əşya satışı ilə bağlı 626 fakt üzrə 292 344 manat və digər üsullarla ümumilikdə 10 000-dən artıq fakt üzrə müxtəlif məbləğlərdə pul vəsaitlərini itiriblər .

Bu statistika Azərbaycanda kiber təhlükəsizlik sahəsində ciddi problemlərin olduğunu göstərir. Vətəndaşların şəxsi məlumatlarını qorumaq və kibercinayətkarlıqdan qorunmaq üçün aşağıdakı tövsiyələrə əməl etmək vacibdir:

Şəxsi məlumatları paylaşmamaq: Naməlum şəxslərə və ya təsdiqlənməmiş mənbələrə bank kartı məlumatlarını verməmək.
Şübhəli linklərə keçid etməmək: Elektron poçt və ya mesaj vasitəsilə göndərilən şübhəli linklərə klikləməmək.
Bank əməkdaşları ilə əlaqə: Bankdan gələn zəng və ya mesajların həqiqiliyini yoxlamaq üçün birbaşa bankla əlaqə saxlamaq.
Antivirus proqramlarından istifadə: Cihazlarda etibarlı antivirus proqramları quraşdırmaq və onları mütəmadi yeniləmək.

Nigar İxtiyarqızı












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.