Bakıda kanalizasiya suları birbaşa dənizə axıdılır VİDEO

Dünən, 15:38           
Bakıda kanalizasiya suları birbaşa dənizə axıdılır  VİDEO
Sumqayıt, Hövsan və Türkan ərazilərində dənizə kanalizasiya suları axıdılır.

TEREF "Xəzər Xəbər"ə istinadla xəbər verir ki, bunu Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov deyib.

O bildirib ki, mərkəz çimərlik mövsümünə hazırlıq məqsədilə dəniz suyunun laborator analiz üsulu ilə yoxlanılmasına başlayıb. Artıq bəzi ərazilərdən həm nümunələr götürülüb, həm də oradakı sanitar-gigiyenik vəziyyət qiymətləndirilib.

Ziyəddin Kazımovun sözlərinə görə, elə ərazilər var ki, orada kanalizasiya suları birbaşa dənizə axıdılır. Bu isə dəniz suyunda bakterioloji çirklənmənin normadan artıq olmasına səbəb olur.

O əlavə edib ki, bu məsələ ilə bağlı qurum tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinə, Baş Polis İdarəsinə və digər aidiyyəti qurumlara müraciət olunub.

Bildirilib ki, çimərlik mövsümü ilə əlaqədar sudan götürülən nümunələrin nəticələri mövsüm başlamazdan bir neçə gün əvvəl açıqlanacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.