işçinin əmək müqaviləsi üzrə öhdəliklərini icra etməməsi halında işəgötürənin hansı tələblərə əməl etməsi məcburidir
Dünən, 15:36

İşçinin: Əmək müqaviləsi üzrə vəzifə və ya öhdəliklərini icra etməmə və əmək intizamı xətasına yol verməsi ilə nəticələn hər bir hərəkəti - hər bir halda onunla bağlanmış - əmək müqaviləsinin ləğv edilməsi İlə nəticələnməməlidir. Əks halda bu barədə qəbul olunmuş Əmr məhkəmə qaydasında ləğv edilə bilər.
Qeyd olunan bu hallarda, yəni, işçinin əmək müqaviləsi üzrə öhdəliklərini icra etməmə və yaxud intizam xətasına yol verməsi halında, yəni intizam tənbehi verilərkən, işəgötürənin aşağıdakı tələblərə əməl etməsi məcburidir:
1. İşçinin bu hərəkətləri hansı səbəblərdən: üzrlü və ya üzrsüz səbəbdən törətməsi.
2. İşçinin bu hərəkətləri: ehtiyatsızlıqdan və ya qəsdən törətməsi.
3. İşçinin əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi və ya intizam xətalarına yol verməsi: təsadüfü və ya sistemli xarakter daşıması.
4. İşçiyə-İntizam tənbehini verilərkən işçinin: şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini,törətdiyi xətanın xarakteri nəzərə allnmalıdır.
5.İşçinin bu barədə təqdim etdiyi şifahi və ya yazılı İzahatında olan etirazı obyektiv surətdə araşdırılmalıdır.
6. İşçinin Əmək Məcəlləsi və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirməməyə və ya hüquqlarından sui istifadənin ağırlıq dərəcəsi.
7. İşçi-Mülkiyyətçiyə böyük məbləğdə maddi ziyan vurmamışsa və ya vurduğu ziyanı könüllü surətdə ödəmişsə.
8. İşçi - ağır inzibati və ya ictimai - təhlükəli cinayət əməli törətməmişə və sair.
8.Bu hallarda işçiyə mütləq sonuncu və daha ağır intizam tənbehi - Əmək müqaviləsinin ləğvi deyil, intizam tənbehi sayılmayan və ya sayılan digər intizam tənbehlərindən biri, və ya ardıcıllıqla daha yüngül intizam tənbehi tədbiq edilə bilər. Məsələn:
9.İşçi bu hallarda İntizam tənbehi sayılmayan şifahi qaydada xəbərdarlıq edilə bilər.
10. İşçi bu halda İntizam tənbehi sayılmayan yazılı qaydada xəbərdarlıq edilə bilər.
11.İşəgötürən bu hallarda İşçiyə qarşı:ağır və ya yüngüllük dərəcəsindən asılı olaraq digər intizam tənbehlərindən birini, daha yüngül olanı ardıcıllıqla tədbiq edə bilər:
11.1. İşçiyə - Töhmət vermək.
11.2. İşçiyə - Sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək.
11.3.Kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, işçini aylıq əmək haqqının 1/4-dən çox olmamaq şərtilə cərimə etmək.
11.4.Daha ağır formada pozduqda isə Əmək müqaviləsin, AR-sı Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək.
Azer Quliyev
TEREF