İstirahət günü yazısı. Moldova və Azərbaycan

Dünən, 16:36           
İstirahət günü yazısı. Moldova və Azərbaycan
Bu gün Kişinevda "Rumıniya Festivalı" var, səhər ora dəvət etdilər, əl işləri, milli yeməklər, yerli musiqi - bir sözlə, maraqlı tədbirdir.
Məsələ odur ki, millət olaraq "moldovan" yoxdur, bildiyiniz rumındılar, eyni dil, eyni din, eyni tarix - "moldovan" vətəndaşlıq tanımıdır. Amma, bu yanaşma ilə razı olmayan böyük bir əhali qrupu var, onlar rusdillidirlər (müxtəlif etnik kökənli - amma rusdilli), Rusiya ilə məsafəli, amma dost olmaq istəyirlər, müharibədən qorxurlar, çünki, ölkənin "təhlükəsizlik çətiri" yoxdur.
Ölkənin siyasi və iqtisadi elitasının ikili vətəndaşlığı var - Moldovalıların, bəlkə də 25-30%-nin həm də Rumıniya pasportu mövcuddur.
Rumıniyanın böyük təsiri olsa da, Moldovaya təhlükəsizlik zəmanəti verə bilmirlər, ya da, rəsmi Brüssel onlara bu icazəni vermir. Çünki, tək NATO yox, həm də AB ölkəsidirlər, buna görə də, milli maraqlarını mücərrəd Avropa maraqlarına qurban verməyə məcburdurlar.
Əslində ən asan yol Rumıniya və Moldovanın birləşməsi, bu yolla da avtomatik NATO və AB üzvü ola bilərlər, amma bunu nə NATO, nə də AB istəmir.
Yerli ciddi iqtisadçılarla söhbət etdim, onlar AB-nin heç vaxt buna imkan verməyəcəyini, Moldovanın AB-yə yük olacağını düşünürlər.
İki Almaniyanın birləşməsindən 35 il keçməsinə baxmayaraq Şərqi Almaniyanın (ADR) hələ də tam intiqrasiya olmadığından, fərqli səs verdiklərindən, fərqli iqtisadi vəziyyətdə olduqlarından burda da danışırlar, AB-nin buna getməyəcəyindən incikdirlər.
Hələ bir Kremlin yaratdığı və idarə etdiyi "Dnestyanı Respublika" dərdi də var. Moskva hər yerdə separatizm toxumu əkib onun "meyvələrindən" bəslənir, post-sovet məkanını separatizmlə zəhərləyib.
Moldovanın işi ağırdır, AB və NATO-ya qəbul etmirlər, güvəndikləri Rumıniya təkbaşına "çətir" vermir, separatizm bəlası bitməyib, hələ bir Ukrayna müharibəsi "rusdillilərin" sayını da artırıb - bura köçən ukraynalılar rusdillidirlər.
Bütün bunlara baxıb bir daha Ordumuza, təbii müttəfiqlərimizə şükr və təşəkkür edirəm, Allaha min şükür ki, Dövlət və Xalq olaraq post-sovet məkanında separatizmi məhv edən, suverenliyimizi və ərazi bütövlüyümüzü tam bərpa edən ilk və tək ölkəyik!
Bundan başqa, NATO ölkəsi olmasına baxmayaraq bizimlə birgə işlək və ciddi təhlükəsizlik "çətiri" yaradan qardaş Türkiyəyə də minnətdaram - bu mözuda da keçmiş SSRİ Respublikarı arasında (Baltikyanı ölkələr xaric) bir ilkə imza atan tək ölkəyik.
Buna görə də, Türkiyə ilə hərbi-siyasi-iqtisadi inteqrasiya sürətlənməli, "Çaldıran" kimi bu gün əhəmiyyətsiz olan mövzulara bənd olmamalıyıq. Özü də ki, o dövrdə "Azərbaycan" deyilən siyasi məvhum yox idi, zərərli "məzhəb" qarşıdurması bu günə kölgə salmamalıdır. "Azərbaycan" sözünü coğrafi termindən siyasi məfkurəyə, siyasi anlama çevirən Rəsulzadə və əqidədaşları, qürur mənbəyimiz ADR olub. Allah onlara rəhmət eləsin!
Natig Jafarli
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.