Qayda pozan piyadalar kamera vasitəsilə cərimələnir? - Açıqlama

27-05-2025, 10:44           
Qayda pozan piyadalar kamera vasitəsilə cərimələnir? - Açıqlama
Son zamanlarda bəzi vətəndaşlara "Sima" tətbiqindən piyada keçidindən istifadə qaydalarını pozduğuna görə cərimə bildirişinin gəldiyi iddia olunur. Onlar bildirirlər ki, yolda heç bir polis tərəfindən buna görə saxlanılmayıblar.

TEREF xəbər verir ki, mövzu ilə bağlı "Ajans.az"a nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov danışıb.

O, bildirib ki, kamera vasitəsilə piyadaların cərimələnməsi təcrübəsi ölkəmizdə yoxdur:

"Azərbaycanda piyadanın qayda pozuntusunu əgər dövlət yol-patrul xidmətinin əməkdaşı görürsə cərimələyə bilər. Və yaxud da ki, post-patrul xidmətinin əməkdaşı gördükdə də cərimələyə bilər. Amma kamera vasitəsilə belə bir təcrübə yoxdur".

"Mənim bundan xəbərim yoxdur açığı. Heç görməmişəm "Sima" tətbiqindən elə bir bildiriş gəlsin. Bildiriş belə ola bilər ki, polis yolda saxlayıb cərimə edib. Cərimə ilə bağlı bildiriş də tətbiqə gəlib. Bu o demək deyil ki, kamera ilə həmin piyadanı çəkiblər", - deyə sonda Eldəniz Cəfərov bildirib.

Mövzu ilə bağlı Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinə də müraciət etdik. Onlar, bildirdilər ki, ölkəmizdə "Sima" tətbiqi və ya kameralar vasitəsilə cərimə tətbiq olunmur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru