Ağstafada məktəbdə dava: 1 şagirdin qolu sındı -

27-05-2025, 09:16           
Ağstafada məktəbdə dava: 1 şagirdin qolu sındı -
Ötən gün Ağstafa rayonunun Köçəsgər kəndində yerləşən A.Ələkbərov adına 2 saylı tam orta məktəbdə 8-ci və 9-cu sinif şagirdləri arasında idman dərsi zamanı dava baş verib.

32gun.az-a hadisə yerində olan əməkdaşının bildirdiyinə görə, mübahisə zamanı şagirdlərdən birinin qolu sınıb.

2011-ci il təvəllüdlü məktəbli sol bazu sümüyünün yerdəyişmiş sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib və dərhal əməliyyat olunub. Vəziyyəti qənaətbəxş qiymətləndirilən şagird evə buraxılıb.

Məktəbin direktoru Şəfəq Süleymanovanın rəhbərlik etdiyi təhsil müəssisəsində baş verən hadisə ilə bağlı araşdırma aparılır. Məlumata görə, məktəb rəhbərliyi jurnalistlərin içəri daxil olmasına icazə vermir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru