"Bu da Rusiya bazarından ciddi asılılıq deməkdir" — İqtisadçı

28-05-2025, 10:14           
"Bu da Rusiya bazarından ciddi asılılıq deməkdir" — İqtisadçı
2025-ci ilin ilk 4 ayı ərzində Azərbaycandan 74 milyon 732 min dollar dəyərində 60 min 148 ton pomidor ixrac edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15.3 faiz daha çoxdur. Pomidor deyəndə Rusiya yada düşür.

Bu barədə iqtisadçı Natiq Cəfərli Demokrat.az-a açıqlama verib.

O deyib ki, Rusiya ilə uzunmüddətli iqtisadi əlaqələrə baxmayaraq, zaman-zaman bu ölkə Azərbaycanın kənd təsərrüfatı məhsullarının idxalına süni əngəllər yarada bilir:

“Buna xəstəlik bəhanələri ilə məhsulların geri qaytarılması, gömrük prosedurlarının sərtləşdirilməsi, siyasi motivli iqtisadi təzyiqlər aiddir. Bunlar ixracatçılar üçün böyük maddi zərərlərə səbəb olmaqla yanaşı, məhsulun xarab olması, bazar etibarının azalması kimi mənfi nəticələr doğura bilər. Bu mənzərə fonunda Azərbaycanın kənd təsərrüfatı məhsullarını Rusiya bazarından asılılıqdan xilas etmək üçün yeni ixrac bazarlarına çıxış imkanları axtarılmalıdır. Ərəbistan Yarımadası, Pakistan kimi ölkələrlə ixrac potensialını gücləndirməlidirlər”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru