Mehdiyevlərin bankının zərəri yenə Banklar Assosiasiyasının hesabatında yoxdur - İLGİNC
Bu gün, 17:45

Xəbər verdiyimiz kimi, Azərbaycanda fəaliyyət göstərən banklar arasında bu ilin ilk yarısını zərərlə başa vuran yeganə bank “Bank BTB” ASC olub.
Yeniavaz.com xəbər verir ki, “Bank BTB” ASC-nin xalis zərəri 1 milyon 699 min manat olub.
Məlumat üçün qeyd edək ki, artıq 5-ci ildir ki, “Bank BTB” ASC zərərlə işləyir:
2020-ci ildə – 9 milyon 130 min manat;
2022-ci ildə – 4 milyon 975 min manat;
2023-cü ildə – 2 milyon 779 min manat;
2025-ci ilin ilk yarısı – 1 milyon 699 min manat.
Lakin daha əvvəl də qeyd etdiyimiz kimi “Bank BTB” ASC açıqladığı məlumatlarda xalis zərərini gizlətməyə çalışır. Eyni zamanda, Azərbacan Banklar Assosiasiyası (ABA) da öz hesabatında “Bank BTB” ASC-nin xalis zərərini göstərmir.
Banklar Assosiasiyası açıqladığı son hesabatdada ölkədə fəaiyyət göstərən bütün bankların xalis mənfəətini qeyd etsə də, “Bank BTB”nin qarşısındakı xananı boş saxlayaraq, bankın zərərini qeyd etməyib.

Xatırladaq ki, oxşar hadisə daha əvvəl də baş vermişdi. Azərbacan Banklar Assosiasiyasından Yeniavaz.com-a bildirilimişdi ki, “Bank BTB”dən öz mənfəətləri və gəlirləri barədə Assosiasiyaya heç bir məlumat verilmədiyi üçün, hesabatda bu barədə göstəricilərin yerləşdirildiyi cədvəldə sözügedən bankın qarşısındakı xana boş saxlanılıb:
“Azərbacan Banklar Assosiasiyasının onlardan və ya digər banklarda belə məlumatları tələb etmək hüququ yoxdur”.
Qeyd edək ki, açıqlanan son məlumata görə “Bank BTB” ASC-nin səhmlərinin 74,99%-i Mehdiyeva Nigar İsmayıl qızına, 19,01%-i Sadiq Rza İsmayıl oğluna, 6%-i isə Mahmudova Tükəzban Ağa qızına məxsusdur.
Bankın əsas səhmdarı olan Nigar İsmayıl qızı Mehdiyevanın Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin gəlini olduğu bildirilir. Bankın digər səhmdarı Sadiq Rza İsmayıl oğlu isə onun qardaşıdır.