Ötən il sağlamlıq turizmi üçün Azərbaycana gələn əcnəbilərin sayı açıqlanıb
Dünən, 16:14
Azərbaycanın sağlamlıq turizm imkanlarının və sağlamlıq turizm məhsullarının beynəlxalq miqyasda tanıdılması, təbliğatının aparılması istiqamətində Dövlət Turizm Agentliyi tərəfindən intensiv iş aparılır. Bu barədə Dövlət Turizm Agentliyindən məlumat verilib.
2024-cü il ərzində Azərbaycanın sağlamlıq turizmi xidmətlərindən faydalanmaq üçün ümumilikdə 23 272 nəfər xarici vətəndaş səfər edib ki, bu sayın təxminən 83.4%-ni MDB ölkələrindən gələnlər təşkil edib. Səfər edənlər arasında ilk beşlikdə Rusiya Federasiyası (15 360 nəfər), Qazaxıstan (2 199 nəfər) , Türkiyə (1311 nəfər), Gürcüstan 1068 (nəfər) və Özbəkistan 935 (nəfər) vətəndaşları yer alır. İlk onluqda Qırğızıstan, Türkmənistan, Tacikistan, Ukrayna və Belarus kimi ölkələr sıralanır”.