Azərbaycanda problemli kreditlər sürətlə artır: Bir ayda 19 milyon manat...
Dünən, 12:01
Cari ilin iyun ayının sonuna Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 527,4 milyon manat olub. Trend bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 75,7 milyon manat (16,8%), may ayının sonu ilə müqayisədə isə 19,1 milyon manat (3,8%) çoxdur. Belə ki, ötən ilin sonunda Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 451,7 milyon manat, may ayının sonunda isə 508,3 milyon manat olmuşdu. Qeyd edək ki, hesabat ayında bankların kredit portfeli 0,3% və ya 85,6 milyon manat artaraq, 28,472 milyard manat olub. Kredit portfelinin strukturunda biznes kreditləri 53,2% (15,144 milyard manat), istehlak kreditləri 31,3% (8,898 milyard manat) və ipoteka kreditləri 15,5% (4,430 milyard manat) yer tutub.