Deputatın “dadlı biznesi” – Şahin İsmayılov Bakının mərkəzində kafe şəbəkəsini genişləndirir

Bu gün, 00:07           
 Deputatın “dadlı biznesi” –
Deputatın “dadlı biznesi” – Şahin İsmayılov Bakının mərkəzində kafe şəbəkəsini genişləndirir.

Editor.az xəbər verir ki, Milli Məclisin deputatı, parlamentin Gənclər və İdman Komitəsinin sədri Şahin İsmayılov Bakıda yeni biznes fəaliyyətinə başlayıb. Deputat paytaxtın mərkəzində “Friends Central Perk Baku” adı ilə kafelər şəbəkəsi qurub.

Mənbənin iddiasına görə, kafe şəbəkəsi sənədlərdə deputatın yaxın adamlarından birinin adına rəsmiləşdirilsə də, faktiki sahibi elə Şahin İsmayılovun özüdür.

Hazırda “Friends Baku” brendi ilə şəhərin müxtəlif mərkəzi nöqtələrində – 4 ünvanda fəaliyyət göstərən bu obyektlər əsasən kofe evi (kofeşop) formatında işləyir və daha çox bahalı seqmentə xitab edir. Bildirilir ki, bu kafelərdən biri paytaxtın tam mərkəzində, M.Rəsulzadə küçəsində, “Tarqovu”da yerləşir.

Qeyd olunur ki, deputat özü də bu məkanlarda tez-tez həmkarları ilə birgə istirahət edir.

Məsələ ilə bağlı Şahin İsmayılovun mövqeyini öyrənmək üçün ona sorğu göndərilib.
Lakin deputat gün ərzində müraciətə cavab verməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru