Kliniki Tibbi Mərkəzin Həkim-Laborantı Arzu Əliyeva səhv müayinə aparıb? -Video
Bu gün, 00:06
Təcrübəli həkim laborator müayinənin cavablarında səhv aşkarladı.
Pasiyent laborator müayinədən keçərək analizlərin cavabları ilə digər həkimə müraciət edib.
Lakin pasiyentin analizlərinin cavablarında səhv aşkarlanaraq təcrübəli həkim öz iradlarını bildirib. İddialara görə laborator müayinənin səhv cavabını tərtib edən Həkim- laborant Arzu Əliyevadır. Araşdırmamız nəticəsində məlum olmuşdur ki, Arzu Əliyeva Kliniki Tibbi Mərkəzin Həkim- Laborantdır.
Məsələ ilə bağlı Arzu Əliyevadan heç bir açıqlama almaq mümkün olmadı.
Kliniki Tibbi Mərkəzin və Həkim- Laborant Arzu Əliyevanın mövqeyini dərc etməyə hazırıq.