Azərbaycandan olan daha 3 tankerin adı “qara siyahı”da -

Bu gün, 00:17           
Azərbaycandan olan daha 3 tankerin adı “qara siyahı”da -
Məlum olduğu kimi, Avropa İttifaqının Rusiyaya qarşı qəbul etdiyi on səkkizinci sanksiyalar paketində Rusiya neftinin daşınmasında iştirak edən 105 tankerin adı var. Aİ Şurasının 2025/1495 saylı Qərarına əsasən, bu gəmilərin Aİ-yə üzv ölkələrin limanlarına üz tutması, eləcə də dəniz nəqliyyatı ilə bağlı geniş spektrli xidmətlərdən istifadə etməsi qadağandır.

TEREF xəbər verir ki, sanksiyaya məruz qalan tankerlər arasında “Nizami Gəncəvi”, “Qarabağ” və “Şuşa” adlı gəmilərin də olduğu üzə çıxıb. Gəmilər Rusiya mənşəli xam neft və ya neft məhsullarını daşımaları, qeyri-standart və ya riskli daşıma üsullarından istifadə edərək Rusiyadan neft ixrac etmələri adı ilə Aİ tərəfindən “qara siyahı”ya salınıb.

“Şuşa” tankeri 2017-ci ildə Cənubi Koreyada tikilib. Gəminin sahibi Azərbaycanın SA Susha Shipholdings şirkəti, operatoru 2023-cü ilin yanvarında dövlətə məxsus ASCO (Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi) QSC-nin bazasında yaradılmış və onun törəmə müəssisəsi olan digər Azərbaycan şirkəti ASCO Shipmanagement AFEZCO-dur. Bu Azərbaycan tankerinin naviqasiya statistikası göstərir ki, o, son vaxtlar Türkiyə ilə Rusiya arasında üzməkdədir.

“Qarabağ” 2018-ci ildə Yaponiyada tikilib. Sahibi SA Karabakh Shipholdings, texniki menecer (ISM meneceri) ASCO Shipmanagement AFEZCO, kommersiya meneceri isə həmin SA Karabakh Shipholdings-dir. Gəminin naviqasiya statistikası göstərir ki, o da son vaxtlar Türkiyə və Rusiya arasında da üzməkdədir.

“Nizami Gəncəvi” 2006-cı ildə inşa edilmiş kimya/neft məhsulları tankeridir. Hazırda Rusiya bayrağı altında üzür. Gəminin hazırkı yeri Xəzər dənizidir. Bu tanker İstanbulda qeydiyyatdan keçmiş Palmali Shipping Service şirkətinə məxsusdur.

AzPolitika.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru