İki trilyonluq iqtisadiyyatda çatlar görünür - Rusiya üçün SOS

Bu gün, 10:08           
İki trilyonluq iqtisadiyyatda çatlar görünür - Rusiya üçün SOS
Rusiya iqtisadiyyatı beynəlxalq sanksiyalar fonunda sabit qalaraq bir çoxlarını təəccübləndirib, lakin üç illik müharibə və Qərb məhdudiyyətlərindən sonra indi çoxsaylı ciddi problemlər özünü göstərir.

Axar.az xəbər verir ki, bu barədə “Blumberq” agentliyi məlumat yayıb.

"İki trilyon dollarlıq iqtisadiyyatda çatlar artıq tam aydın görünür. Moskva "yağ əvəzinə silah seçir": dövlətin bütün resursları müharibəyə yönəldiyi halda, mülki iqtisadiyyat tədricən məhv olur. Bu dinamika bu həftə bir daha özünü göstərdi: Putin ballistik raketlərlə təchiz olunmuş yeni atom sualtı qayığının bayraq qaldırma mərasimində iştirak etdiyi vaxt, avtomobil satışlarının 30% azalması xəbərləri yayıldı.

İqtisadiyyatın daha da “soyuması”ndan ehtiyat edən Rusiya Mərkəzi Bankı əsas faiz dərəcəsini təxminən 2 faiz aşağı salmaq qərarına gəlib. Yəni, yüksək inflyasiya və iqtisadi tənəzzül arasında seçim edən Mərkəzi Bank birinci variantda qərar tutub”, - agentlik qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru