“Yaşam Tibb Mərkəzi”ndə ciddi vergidən yayınma hallarına yol verilir
15-11-2016, 01:22
Respublikamızda səhiyyənin durumu heç də qənaətbəxş deyildir. Bu acı həqiqəti nə qədər gizlətmək istəsək də, təəssüflər olsun ki, real yanaşma onu göstərir ki, respublikamızda istər dövlət tibb müəssisələrində, istərsə də özəl sektorda ümumi səviyyə olduqca aşağıdır. Bu mənada özəl klinikalara daha çox diqqət yetirilməlidir. Məlum olduğu kimi,inkişaf etmiş dünya dövlətlərində özəl xəstəxanalar dövlət tibb müəssisələrindən üstün hesab olunur və belə xəstəxanalarda müayinə və müəlicə daha keyfiyyətli şəkildə aparılır. Lakin respublikamızda özəl tibb müəssisələrinin vəziyyəti tamamilə fərqlidir. Belə klinikaları və xəstəxanaları “pul tələsi” adlandırmaq daha məqsədəuyğun olardı. Bu yaxınlarda İrevan-press.com-a Bakının ən tanınmış özəl klinikalarından biri olan “Yaşam Tibb Mərkəzi” ilə bağlı şikayət xarakterli müraciətlər daxil olub. Şikayətçilərin sözlərinə görə, sözü gedən klinkada saysız-hesabsız qanun pozuntularına yol verilir və bura əməlli-başlı bazara çevrilib. Xəstələrə müayinə və müəlicə üçün alınan pul müqabilində heç bir qəbz və heç bir kassa çeki verilmir. Mənbənin bildirdiyinə görə, bu klinikada müasir tibbi avadanlıqlar olsa da xidməti personalın iş keyfiyyəti aşağı səviyyədədir. Məlum olduğu kimi Səhiyyə naziri tərəfindən Hepatit və digər infeksion xəstəliklərin müayinəsi və müəlicəsi infeksion şöbəsi olmayan klinikalarda qadağan olunub. Buna baxmayaraq, Yaşam Klinikasında, demək olar ki, bütün infeksion xəstəliklərin müayinəsi aparılır. Mənbənin bildirdiyinə görə, bu yaxınlarda bir xəstəni 20 gün ərzində iki dəfə müayinə etmişlər və hər iki müayinənin nəticəsi bir-biri ilə ziddiyət təşkil edib. Birinci müayinə göstərib ki, xəstədə Hepatit C virusu yoxdur. İkinci müayinənin nəticəsi isə göstərib ki. Həmin xəstə Hepatit C virusunun daşıyıcısıdır. Bu müayinələrə görə xəstədən 150 manat pul alınsa da, ona heç bir çek verilməyib. Mənbə qeyd edir ki, belə halların sayı sözü gedən klinikada çox olur. Redaksiyamıza daxil olan müraciətdə o fakt da göstərilir ki, dolların qiyməti manata nisbətən qalxdıqdan sonra bu tibb müəssisəsində analizlərin qiymətləri də gözə çarpacaq dərəcədə qaldırılıb. Bütün məlumatları gözdən keçirərək belə qənaətə gəlmək olar ki, “Yaşam Tibb Mərkəzi”ndə ciddi vergidən yayınma hallarına yol verilir və eyni zamanda müayinə və müalicələr nöqsanlı şəkildə aparılır. Ümidvarıq ki, müvafiq sturukturlar bu məsələləri diqqətdən yayındırmayacaq.
(Mövzuya qayıdacağıq...)
irevan-press.com
Qarşı tərəfin fikirlərini dinləməyə hazırıq!
teref.az