Lerikdə müəllimin videosu yayıldı - Şər atıblar

15-11-2016, 15:57           
Lerikdə müəllimin videosu yayıldı - Şər atıblar
Lerik şəhər sakini baxça müəlliməsini şərləmək istəyib.

AzVision.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, noyabrın 12-də Lerik şəhər sakini Sənay Nəhmətova RPŞ-yə müraciət edərək işlədiyi uşaq bağçasında tərbiyə alan 4 yaşlı Xədicə Əzizovanın qulağından aldığı xəsarətlə bağlı uşağın atası Kamal tərəfindən əsassız günahlandırılmasını, bununla əlaqədar noyabrın 11-də sonuncu şəxs tərəfindən sosial şəbəkəyə videogörüntü yerləşdirildiyini bildirib.

Lerik RPŞ tərəfindən aparılmış araşdırmalar zamanı Xədicənin 2015-ci ilin sentyabr ayında yaşadığı evdə ehtiyatsızlıqdan yıxılaraq xəsarət alması, qonşuları Eldəniz Quliyevin isə cari il noyabrın 11-də Kamalın ruhi xəstə olmasından istifadə edərək ona pul verəcəyini vəd etməklə S.Nəhmətovaya şər atması ilə bağlı sözügedən videogörüntünü çəkib sosial şəbəkəyə yerləşdirməsi müəyyən edilib.

Araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru