Bankın zərərinə səbəb olan müqavilələr etibarsız sayılacaq

28-11-2016, 20:30           

Banklara təyin olunan müvəqqəti inzibatçı müqavilələrin şərtlərinin ədalətsiz və ya maliyyə təşkilatının xeyrinə olmadığını müəyyənləşdirdiyi təqdirdə bu müqaviləni etibarsız elan edəcək. Bu, “Banklar haqqında” qanuna əlavə və dəyişikliklər edilməsi barədə qanun layihəsində nəzərdə tutulub.

Layihədə qeyd olunub ki, müvəqqəti inzibatçı 45 gün ərzində aşağıdakı halların mövcud olduğu (son 2 illik) müqavilələri etibarsız hesab edir, həmin müqavilələrdən əsasında əldən çıxmış aktivlərin geri qaytarılması və banka dəyən zərərin ödənilməsi üçün tədbirlər görür:

1. Bankın əmlakının aşağı şərtlərlə özgəninkiləşdirilməsi/ istifadəsi


2. Kredit müqavilələri ilə müştərilərə qeyri-adi güzəştlərin verilməsi

3. Bank aktivlərinin ələ keçirilməsi məqsədilə bağlanan müqavilələr

4. Bəzi kreditorlarla imtiyazlar və ya güzəştlər ehtiva edən əqdlər

5. Aidiyyəti şəxslərlə qanunsuz və ya kreditorların maraqlarına təhlükə yaradan

müqavilələr

6. Bankın real dəyərindən əhəmiyyətli dərəcədə yuxarı məbləğdə müqavilələr

bağlamaqla satınalma

7. Kredit təminatlarının dəyərinin şişirdilməsi.

(APA)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru