Qubad İbadoğlu: “Türkiyədə gərginlik artarsa, lirə ucuzlaşacaq”

17-04-2017, 08:38           
Qubad İbadoğlu: “Türkiyədə gərginlik artarsa, lirə ucuzlaşacaq”
Türkiyə Respublikası Konstitusiyasına dəyişikliklər edilməsi ilə bağlı referendumun nəticələrinə dair Ali Seçki Komissiyasının rəhbəri Sadi Güvən açıqlama verib. O, referendumun lehinə səs verənlərin çoxluq təşkil etdiyini bildirib. Nəticələrin ardından dollar-türk lirəsi kursunda dəyişiklik olduğu müşahidə olunub.

Məsələ ilə bağlı iqtisadçı ekspert Qubad İbadoğlu musavat.com-a açıqlama verib. O, bildirib ki, hər şey hadisələrin bundan sonrakı gedişatında məlum olacaq: “Çox şey hadisələrin sonrakı gedişindən asılı olacaq. Əgər referendumdan sonra siyasi gərginlik artacaqsa, bu halda iqtisadiyyatda, xüsusilə də sərmayə cəlbində problemlər yaranacaq və bütün bunlar da lirənin məzənnəsinin bir az da ucuzlaşmasına gətirib çıxara bilər”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru