“Sahibkarların pullarını banklardan çıxarmalarına qadağalar qoyulub” - Ekspert

2-05-2017, 14:35           
“Sahibkarların pullarını banklardan çıxarmalarına qadağalar qoyulub” - Ekspert
“Nağdlaşdırma ilə bağlı tətbiq edilən qadağalardan sonra sahibkarlar vəsaitlərinin əhəmiyyətli hissəsini bank hesablarında saxlamaq məcburiyyətindədirlər.”

AzNews.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, sahibkarların prosesə hansı səviyyədə hazır olması və eləcə də mövcud infrastrukturun bu prosesi necə dəstəkləməsi məsələlələri artıq müzakirə edilib:

Amma mövcud qaydalara əsasən, fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesablarındakı pul vəsaitləri sığortalanmır. Yəni, bir tərəfdən mövcud limitlər sahibkarları məcbur edir ki, pullarını bankda saxlasın, digər tərəfdən həmin bank müflis olarsa onun pulu özünə qaytarılmır. Yalnız 1 il ərzindən 10-dan artıq bankın bağlandığını və eləcə də bir sıra banklarda müflisləşmə riskinin qaldığını nəzərə aldıqda vəsaitlərinin nağdlaşdırılmasın imkan verilməyən sahibkarların pullarının qorunmamasının onlar üçün yaratdığı əlavə riskləri təsəvvür etmək çətin deyil.

Vüqar Bayramovun fikirincə, əgər sahibkar pulunu bankda saxlamağa sövq edilirsə, o zaman onun vəsaitinin qorunması həyata keçirilməldir:

Əks halda, Maliyyə Bazarlarına Nəzarət Palatası sahibkarların pullarını bankdan çıxarmasına qadağalar tətbiq edir. Amma o vəsaitlərin bankdakı taleyinə zəmanət vermir. Bu təbii ki, sahibkarların banklardakı pulları üçün əlavə risk yaradır. Bu baxmdan, fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesablarındakı pul vəsaitlərinin də qorunan vəsaitlər sırasına daxil edilməsinə ehtiyac var. Nağdsız islahatlar yalnız inzibati deyil, həmçinin sahibkarlara zəmanətlərin verilməsi formasında həyata keçirilməlidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru