Saatlıda sabiq bələdiyyə sədrindən icra hakimiyyətinə ittihamlar - VİDEO

8-07-2015, 10:59           
Saatlıda sabiq bələdiyyə sədrindən icra hakimiyyətinə ittihamlar - VİDEO
Füzuli Cəfərov bələdiyyə sədri seçildikdən sonra tezliklə icra başçısı təyin olunacağını deyib və bunun şərəfinə dəfələrlə ziyafətlər də təşkil edib

BTV bildirir ki,Saatlı rayonunun keçmiş bələdiyyə sədri Füzuli Cəfərov şok açıqlamalarla gündəmə öz damğasını vurub. Belə ki, Füzuli Cəfərov artıq bir necə gündür ki, vəzifəsindən uzaqlaşdırılıb və bundan sonra etirazlara başlayıb. Onun sözlərinə görə, Saatlı rayonunda aparılan abadlıq-quruculuq işlərinin əksəriyyəti onun tapşırığına əsasən həyata keçirilir. Elə bu yaxınlarda Saatlı rayon Muğan parkında aparılan abadlıq işlərini nümunə olaraq göstərir.
Füzuli Cəfərov deyir ki, Saatlı rayon İcra hakimiyyətinin nümayəndələri onu izləyirlər və məhz buna görə də o, rayonda rahatlıqla gəzə bilmir.
O həmçinin bildirdi ki, yeni seçilən bələdiyyə sədri saxtakarlıq edib, yəni o, 25 min manat İcra Hakimiyyətinin nümayəndələrinə verərək sədr vəzifəsinə sahiblənib.
Məsələ ilə bağlı Saatli rayon icra hakimiyyəti başçısının birinci müavini İlham Quliyev ilə əlaqə yaratdıq. O bildirdi ki, bütün bu deyilənlər hamısı qərəzli sözlərdir, yeni sədr bələdiyyə üzvlərinin müşavirəsində razılığa əsasən seçilib və artıq vəzifəsinin icrasına başlayıb.
[media=https://www.youtube.com/watch?v=5pnO2Lknmsw]












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.