Azərbaycanda “Avro-5″ benzini istehsal ediləcək

2-06-2017, 08:45           
Azərbaycanda “Avro-5″ benzini istehsal ediləcək
Azərbaycanda Avro-5 satandarlarına cavab verən dizel və benzin yanacağı istehsal ediləcək. Xezerxeber.az məlumat verir ki, bunun üçün Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda hazırlıqlar görülür.

Bu barədə 24-cü Beynəlxalq Xəzər Neft-Qaz konfransında çıxışı zamanı energetika naziri Natiq Əliyev deyib.

Natiq Əliyev bildirib ki, 2020-ci ildə “Şahdəniz-2″ layihəsi çərçivəsində ilk qaz hasil ediləcək. Bu bizə əlavə 16 milyard kubmetr həcmində qaz hasil etməyə imkan verəcək. Bununla da ölkədə 2020-ci ildə 44,5 milyard kubmetr qaz hasil ediləcək.

Bununla yanaşı, dünya bazarlarında neftin qiymətinin stabilləşməsi Azərbaycanı qane edir. Rəsmi Bakı OPEC-in bütün təkliflərini dəstəkləyir.

30 ölkəni təmsil edən 400- dən çox nümayəndənin iştirak etdiyi Beynəlxalq Xəzər neft , qaz konfransı 2 gün davam edəcək. Burada müxtəlif dövlətlərin nümayəndləri, aparıcı neft-qaz şirkətlərinin rəhbərləri və ekspertlər dünyada enerji hasilatı, idarə edilməsi və nəqli üzrə məsələləri müzakirə edəcək, məruzələrlə çıxış edəcəklər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru