Azərbaycanlı nazirlər qonaqlıqda (VİDEO)

30-06-2017, 21:36           

Məşhur italiyalı iş adamı, “Formula-1”də “Renault” şöbəsinin keçmiş rəhbəri Flavio Briatore “Twitter” mikrobloqunda Bakıda “Formula-1” qonaqları üçün təşkil edilmiş rəsmi qəbuldan video paylaşıb.

Virtualaz.org xəbər verir ki. videogörüntülərə əsasən demək olar ki, qəbul Bakının dəbdəbəli restoranlarından birində təşkil edilib. Xarici qonaqlardan savayı, burada azərbaycanlı nazirlər də iştirak edib.

Məsələn, masa arxasında oturmuş mədəniyyət və turizm naziri Əbülfəs Qarayev “Formula-1”in keçmiş başçısı Berni Ekklstounla və digər qonaqlarla nəyisə aktiv şəkildə müzakirə edir.

Qonşu masanın arxasında isə xarici işlər naziri Elmar Məmmədyarov əyləşib.

Zalda isə canlı musiqi çalınır və italyanca mahnı oxunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru