Dayələr başlarına gələnlərdən danışdı- "MƏNİ 2 GÜN ŞKAFDA SAXLADILAR"
2-07-2017, 14:40

Dayəlik ən çox diqqət tələb edən və ən riskli peşələrdən biridir. Bəzən uşaqların nadincliyi baxıcını canından bezdirir. “Whisper” internet saytında dayələr öz başlarına gələn dəhşətli hadisələri bölüşüb.
Gununsesi.info müxtəlif dayənin başına gələn hadisələri onların öz dilindən oxucularına təqdim edir.
“5 uşağa baxırdım. Uşaqlar məni şkafa salıb qapını bağladılar. 2 gün orada qaldım. Nə qədər çalışsam da, qapını qıra bilmədim. Qapı açılmasın deye qabağına nə isə qoymuşdular. Uşaqların valideynləri məni tapana qədər şkafda gözləməli oldum”.
“Qırmızı uzun saçlarım var idi. Baxdığım uşaq saçlarıma bir qutu zər tökmüşdü. Nə qədər yusam da tam getmirdi. Hətta bu hadisədən 6 ay sonra saçımda parlayan zərlər qalmışdı”.
“Pizza sifariş etmişdik. Uşaq pizzanı sosisli sevmədiyinə görə məni polisə şikayət etmişdi”.
“Uşaqla ilk tanış olduğum gün mənim pis insan olduğumu söylədi. Səbəbini soruşduqda isə hər kəsə yalandan onu vurduğumu dedi”.
“7 yaşlı bir uşağa baxırdım. Uşaq əlində bıçaqla məni bütün ev boyu qovdu. Anama zəng edib kömək istədim”.
“6 yaşlı uşağa baxırdım. Onu yatırdıqdan sonra pəncərədən qaçıb qonşuya oyun oynamağa getmişdi. Bütün məsuliyyət mənim üstümdə qaldı”.
“Dayəliyini etdiyim kiçik qız gözümün qabağında pişiyi öldürüb günahı mənim üstümə atmışdı. O gündən sonra heç vaxt bu peşə ilə məşğul olmuram”.
“Uşaq telefonumu və açarlarımı alıb unitazın içərisinə atmışdı”.