Məktəblərdə markerin alınması üçün pul yığılmalıdır? - Təhsil Nazirliyindən AÇIQLAMA

3-07-2017, 12:11           
Məktəblərdə markerin alınması üçün pul yığılmalıdır? - Təhsil Nazirliyindən AÇIQLAMA
Bir vaxtlar orta məktəblərdə yazı taxtaları üzərində tapşırıqlar icra olunarkən tabaşirlərdən istifadə olunurdu. Lakin texnologiya təkmilləşdikcə, məktəblərdəki ləvazimatlar da funksiyasını yenilməyə başladı. Söhbət tabaşirləri əvəzləyən markerlərdən gedir. O markerlərdən ki, yazı yazarkən nə müəllimin, nə də şagirdin əli çirklənir.

Hazırda bütün məktəblər markerlərlə təmin olunubmu? Həmçinin, markerlər məktəblərə pulsuz olaraq verilir?

Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov Modern.az- a açıqlamasında markerlərin müvafiq qaydada məktəblərə çatdırıldığını söyləyib.

“Ölkə ərazisində yerləşən bütün məktəblərə həm marker, həm də tabaşirlər müvafiq qaydada təqdim olunur. Bu zaman nə müəllimlərdən, nə də şagirdlərdən hansısa formada pul yığılır. Müvafiq qaydada təsərrüfat xərcləri kimi hər bir məktəbə lazımi ləvazimatlar verilir və məktəbin tələbatı ödənilir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru