Vergilər Nazirliyində ciddi kadr dəyişiklikləri aparılıb - KİMLƏR GETDİ?

3-07-2017, 12:14           
Vergilər Nazirliyində ciddi kadr dəyişiklikləri aparılıb - KİMLƏR GETDİ?
Vergilər Nazirliyində yenidən ciddi kadr dəyişiklikləri aparılıb.

Trend-in məlumatına görə, Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin baş direktoru Habil Məmmədov Vergilər Nazirliyi yanında Lokal Gəlirlər Departamentinin baş direktoru vəzifəsinə keçirilib. Onun yerinə Vergilər Nazirliyinin Vergi risklərinin təhlili və nəzarəti departamentinin baş direktoru Natiq Şirinov təyin edilib.

Lokal Gəlirlər Departamentinin baş direktoru Nəsimi Cəfərov nazirliyin Daxili təhlükəsizlik departamentinin baş direktorunun müavini vəzifəsinə keçirilib.

Bakı şəhəri Kiçik sahibkarlıqla iş Departamentinin baş direktoru Sərxan Məmmədov nazirliyin 3 saylı Ərazi Vergilər İdarəsinin direktoru vəzifəsinə təyinat alıb. 3 saylı ƏVİ-nin direktoru Səməd Vəliyev isə Bakı şəhəri Kiçik sahibkarlıqla iş Departamentinin baş direktoru təyin edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru