Erməni müğənninin mahnısını səsləndirən FLO-dan AÇIQLAMA: - "O mahnı yığışdırıldı" (VİDEO)
3-07-2017, 14:19
Türkiyədə məşhur FLO ayaqqabı mağazasında hər gün səslənən erməni Sakonun "Mi Gna" mahnısı yığışdırılıb.
AZXEBER.COM-a açıqlama verən FLO-nun Bakıdakı satış mərkəzinin brend meneceri Əkbər Adıgözəlov artıq məsələ ilə bağlı şirkətin qərar veriyini bildirib: "Videodan göründüyü kimi, hadisə FLO-nun Türkiyə şöbələrindən birində yaşanıb. Hadisənin Bakı şəhərində yerləşən "FLO” ayaqqabı mağazalarına heç bir aidiyyəti yoxdur. Artıq məsələ ilə bağlı FLO şirkətinin Türkiyədəki baş ofisi qərar verib. Qərarda bu mahnının mağazalarda səslənməsinə icazə veriləməyəcəyi bildirildi".
Xatırladaq ki, ötən gün AZXEBER.COM-un Türkiyədəki əməkdaşının lentə aldığı görüntülərdə FLO ayaqqabı mağazasında sözügdən müğənninin mahnısı səslənmişdi. Əməkdaşımız satış menecərinə yaxınlaşaraq mahnını dəyişmələrini rica etsə də, satış meneceri buna məhəl qoymayaraq qərarın mərkəzdən verildiyini bildirmişdi. [media=https://www.youtube.com/watch?v=3XAF9CTg660]