Sakinlər idarə rəisini xidməti otağında döydülər –Cəlilabadda şok olay

4-07-2017, 10:02           
Sakinlər idarə rəisini xidməti otağında döydülər –Cəlilabadda şok olay
Cəlilabad rayonunda idarə rəisi kabinetində döyülüb.

teref.az "Report”a istinadən xəbər verir ki, hadisə şəhərdə yerləşən "Azərişıq” ASC-nin Cəlilabad nümayəndəliyində qeydə alınıb.

Yerli sakinlərin bildirdiyinə görə, Cəlilabad Elektrik Satışı İdarəsinin rəisi, 57 yaşlı Aydın Əhməd oğlu Məmmədov kabinetində vətəndaşlar tərəfindən döyülüb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan idarə rəisinə ilk tibbi yardım göstərilib və o, ambulator müalicəyə göndərilib.

Münaqişənin hansı səbəbədən baş verdiyi hələ ki, məlum deyil.

Artıq bu barədə polis şöbəsinə də məlumat verilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru