ŞER OĞURLUĞU - ŞAİR SABİR SARVANIN ŞERİNİ AĞDAMLI VİDADİ ÖZ ADINDAN YAYIB

5-07-2017, 12:30           

teref.az yazır ki, bu günlərdə sosial şəbəkələrdə əməkdar artist Ağalar Bayramovun “Mən o bənövşəni niyə dərmədim” başlıqlı şer-videosu yayılıb. ”Youtube.com”-da bu şeri öz adından yayan şəxs “şair Vidadi Ağdamlı” kimi göstərilib. Di gəl, Ağdamlı “şair” şerin yazarının 3 ay öncə dünyasını dəyişən şair Sabir Sarvan olmasını vurğulamağı “unudub” . Şeri anonim təqdim etməklə gerçəkdə dinləyicilərdə yazarın özü olduğu fikrini formalaşdıran Vidadi Ağdamlı bu oğurluqla sözə də, şerə də, şairə də , şairin ruhuna da sayğısızlığını ortaya qoyub. Aldığımız bilgiyə görə, Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt Bölməsi , şairin qələm dostları, yaxınları söz, şer oğurluğundan üzüntü içindədir və oğrudan sözü, şeri yiyəsinə “qaytarmağı” tələb edirlər. Yəqin ki, Müəllif Hüquqları Agentliyi də oğurluğa-plagiata görə görəvini görəcək.
Sabir Sarvan heç vaxt ,ən çətin anda belə SÖZƏ üz çevirmədi,SÖZƏ xəyanət etmədi, “boşuna yaşasa” da, boşuna SÖZ demədi . SÖZÜN “qabağından qaçmağını”, yıxılmağını da Tanrını heyrətləndirmək istəyi ilə bağladı . Tanrıdan bir də yaradılsa, yenə SÖZƏ qul olmağını dilədi . Şair öldü deməyin, SÖZÜ qalır ...
SÖZÜ oğurlamaq , RUHU oğurlamaq SÖZ yiyəsinin işi olmaz .
“SÖZDƏN O YANASI YOXDUR, SÖZDƏN O YANA MƏN VARAM” deyən Sabir Sarvanın “qəbrinin üstündə küskün bənövşə bitməmiş” o BƏNÖVŞƏNİ başqası adına çıxır?
“Yandırıb-yaxacaq məni ölüncə”...
Məğrur Bədəlsoy












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru