Bakıda həkim-xəstə insidenti: Mən kişi deyiləm, transseksualam! - VİDEO + YENİLƏNİB

5-07-2017, 17:52           
Bakıda həkim-xəstə insidenti: Mən kişi deyiləm, transseksualam! - VİDEO + YENİLƏNİB
Transseksualı müayinə etməkdən imtina edən xəstəxana qalmaqala münasibət bildirib.

Adının açıqlanmasını istəməyən mənbə Oxu.Az-a açıqlamasında, transseksualın ginekoloq müayinəsindən keçmək üçün xəstəxanaya müraciət etdiyini bildirdi:

“Qanunla pasportda o şəxs kişi gedir. Həmin cinsi azlıq ginekoloqa müraciət edib. Axı yazıq həkim onun harasını müayinə etsin? Onun orqanları kişi cinsinə məxsusdur və onu uroloq müayinə etməlidir. Bu hələ məsələnin birinci tərəfidir, ikinci tərəfi isə budur ki, hansı normal qadın razı olar ki, kişini müayinə edən həkim onları da müayinə etsin?”

12:45

Bakıda həkim cinsi azlıqdan olduğu üçün xəstəni müayinə etməkdən imtina edib.

Oxu.Az-ın məlumatına görə, özünə qarşı belə münasibətdən əsəbiləşən şəxs xəstəxananın dəhlizində qışqıraraq həkimə öz etirazını bildirib.

“Sənə nə aidiyyəti var axı mən kiməm? Mən kişi deyiləm, mən qadınam! Transseksualam!”

Sözügedən hadisənin şahidləri video çəkərək sosial şəbəkələrdə paylaşıblar. Video böyük müzakirələrə səbəb olub. Həkimə haqq qazandıranlarla bərabər, transseksualı da dəstəkləyənlər az deyil.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru