Azərbaycanda dövlət və bələdiyyə tərəfindən yaradılan tibb müəssisələrinin üzərinə yeni öhdəlik qoyulub

6-07-2017, 11:09           
Azərbaycanda dövlət və bələdiyyə tərəfindən yaradılan tibb müəssisələrinin üzərinə yeni öhdəlik qoyulub
Azərbaycanda dövlət və bələdiyyə tərəfindən yaradılan tibb müəssisələrinin üzərinə yeni öhdəlik qoyulub
Azərbaycanda dövlət və bələdiyyə tərəfindən yaradılan tibb müəssisələri mühasibat uçotunu aparmaqla yanaşı maliyyə hesabatlarını tərtib edəcəklər.
"Report"un xəbərinə görə, Nazirlər Kabineti bununla bağlı “Dövlət və bələdiyyə tərəfindən yaradılan tibb müəssisələrinin Nümunəvi Nizamnaməsi”ndə dəyişiklik edib.
Nizamnamənin "Müəssisənin vəzifələri" bölməsində 3.1.23 yarımbəndinə edilən dəyişikliyə əsasən, Azərbaycanda dövlət və bələdiyyə tərəfindən yaradılan tibb müəssisələri maliyyə hesabatlarını da tərtib edəcəklər.
İndiyədək isə tibb müəssisələri yalnız mühasibat uçotunu aparır, dövlət hesabat məlumatlarını toplayır, ümumiləşdirir, təhlil edir və müvafiq dövlət orqanlarına təqdim edirdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru