Bakıda hər kəsə nümunə olacaq ünvan - FOTOLAR

7-07-2017, 14:13           
Bakıda hər kəsə nümunə olacaq ünvan - FOTOLAR
Hamı öz evində erməni gülləsinə tuş gələn 2 yaşlı Zəhradan danışarkən diqqətlər paytaxta yönəlib. Bəzən öz çal-çağırından qalmamaqda günahlandırılan, müharibədən uzaq yaşadığı deyilən Bakıya. O Bakıya ki, telekanallarından musiqi, əyləncə əskik olmur, sanki müharibə dəhşətlərinin onlara dəxli yox imiş kimi boy göstərən “ulduz”ların şən qəhqəhələri ekranları bəzəyir. Ancaq bu dəfə biz sizə onlardan danışmayacağıq. Onları hamınız tanıyırsınız, hər gün görürsünüz, qəzəbinizi də hərəniz bir cür ifadə edirsiniz.

Cebhe.info sizə Bakının mərkəzində Bünyad Sərdarov küçəsi- 9 ünvanında yerləşən “Meyvəlim” adlı topdan və satış mağazasından danışacağıq.

“Şəhid övladlarına satış pulsuzdur. Haqqı ataları tərəfindən ödənilib” – yazılı löhvəsi olan mağazanın müdiri Göyçaydan olan Qarabağ əlili Seymur Abdullayevdir.

Müsahibimizə gəlişimizin səbəbini izah edirik və meyvə-tərəvəz dükanına göz gəzdiririk. İlk baxışdan da hiss olunur ki, mağaza sahibi elə də geniş maddi imkanlara malik deyil. Piştaxtalarda daha çox qış tədarükü üçün nəzərdə tutulan turşular, kompotlar var. Vitrində isə mövsümi və sitrus meyvələri, həmçinin tərəvəzlərdir. Xudmani dükanın müdiri olduqca mehriban, gülərüzdür, niyyətimizi söyləyən kimi razılaşır. Bizə əyləşməyə yer göstərir və söhbətə başlayırıq.

Seymur Abdullayev “Əl tutmaq Əlidən qalıb” deyir. Əlavə edir ki, öz imkanı daxilində şəhid ailələrinə yardım göstərəcəklər:

“Öncə onu deyim ki, mən özüm Qarabağ əliliyəm, döyüşlərdə iştirak etmişəm. Müharibədəşəhid olan dostlarım var. İstəyirik ki, şəhid ailələrinə azacıq da olsa, nəsə bir yardım göstərmiş olaq. Sənədləri ilə gəlsinlər ki, mən şəhid övladıyam. Biz də əlimizdən gələn köməkliyi onlara edək.

Mağazanı yeni açmışıq, dördüncü gündür. Bu müddət ərzində bir nəfər müraciət edib. Çox utancaq idi, dedi ki, mən şəhid övladıyam. Mən də cavabında bildirdim ki, sənədini götür gəl. Etiraz etdi ki, yox, bizə hökumət tərəfindən kömək edirlər. Mən də ona söylədim ki, biz də cavab qazanmaq istəyirik. Razılığını ala bildim. Gəldi, 1 kq gilas, 1 az çərəz… Dedim ki, yox, belə olmaz,ürəyindən keçən nə varsa, bol-bol götür. Yəni, biz onu məcbur etdik. Yoxsa o, heç gələsi də deyildi”.

Müsahibimiz deyir ki, imkanları geniş deyil. Amma gələnləri heç də əliboş qaytarmayacaqlar:

“Gündəlik 5 nəfər adam gələrsə, gələnləri boş qaytarmaq olmaz. İnsanlara yardım etmək, əl tutmaq lazımdır”.

S.Abdullayev deyir ki, müharibədən sonra Rusiyanın Novosibirsk şəhərinə köçüb. Uzun müddət orada iş qurmağa çalışıb. Hər zaman da beynində ideya olub ki, maddi vəziyyəti yaxşılaşdıqdan sonra şəhid dostlarının ailələrinə daim yardım göstərəcək:

“Novosibrskdən təkrar vətənə döndüm. Hamının həyatında maddi baxımdan sıxıntılı günləri olur. Olub ki, bir avtobusa minmişəm, cibimdə 20 qəpik olub, ikincisinə minə bilməmişəm. Bununla belə, düşünürdüm ki, iş qurası olsam, maddi durumum düzəlsə, şəhid dostlarımın övladlarını heç bir zaman unutmaram. Ümumi hesablayanda, ay ərzində 300-350 manat dəyərində kiməsə kömək edirsənsə, Allaha xoş gedər”.

Hamı öz evində erməni gülləsinə tuş gələn 2 yaşlı Zəhradan danışarkən diqqətlər paytaxta yönəlib. Bəzən öz çal-çağırından qalmamaqda günahlandırılan, müharibədən uzaq yaşadığı deyilən Bakıya. O Bakıya ki, telekanallarından musiqi, əyləncə əskik olmur, sanki müharibə dəhşətlərinin onlara dəxli yox imiş kimi boy göstərən “ulduz”ların şən qəhqəhələri ekranları bəzəyir. Ancaq bu dəfə biz sizə onlardan danışmayacağıq. Onları hamınız tanıyırsınız, hər gün görürsünüz, qəzəbinizi də hərəniz bir cür ifadə edirsiniz. Cebhe.info sizə Bakının mərkəzində Bünyad Sərdarov küçəsi- 9 ünvanında yerləşən “Meyvəlim” adlı topdan və satış mağazasından danışacağıq. “Şəhid övladlarına satış pulsuzdur. Haqqı ataları tərəfindən ödənilib” – yazılı löhvəsi olan mağazanın müdiri Göyçaydan olan Qarabağ əlili Seymur Abdullayevdir. Müsahibimizə gəlişimizin səbəbini izah edirik və meyvə-tərəvəz dükanına göz gəzdiririk. İlk baxışdan da hiss olunur ki, mağaza sahibi elə də geniş maddi imkanlara malik deyil. Piştaxtalarda daha çox qış tədarükü üçün nəzərdə tutulan turşular, kompotlar var. Vitrində isə mövsümi və sitrus meyvələri, həmçinin tərəvəzlərdir. Xudmani dükanın müdiri olduqca mehriban, gülərüzdür, niyyətimizi söyləyən kimi razılaşır. Bizə əyləşməyə yer göstərir və söhbətə başlayırıq. Seymur Abdullayev “Əl tutmaq Əlidən qalıb” deyir. Əlavə edir ki, öz imkanı daxilində şəhid ailələrinə yardım göstərəcəklər: “Öncə onu deyim ki, mən özüm Qarabağ əliliyəm, döyüşlərdə iştirak etmişəm. Müharibədəşəhid olan dostlarım var. İstəyirik ki, şəhid ailələrinə azacıq da olsa, nəsə bir yardım göstərmiş olaq. Sənədləri ilə gəlsinlər ki, mən şəhid övladıyam. Biz də əlimizdən gələn köməkliyi onlara edək. Mağazanı yeni açmışıq, dördüncü gündür. Bu müddət ərzində bir nəfər müraciət edib. Çox utancaq idi, dedi ki, mən şəhid övladıyam. Mən də cavabında bildirdim ki, sənədini götür gəl. Etiraz etdi ki, yox, bizə hökumət tərəfindən kömək edirlər. Mən də ona söylədim ki, biz də cavab qazanmaq istəyirik. Razılığını ala bildim. Gəldi, 1 kq gilas, 1 az çərəz… Dedim ki, yox, belə olmaz,ürəyindən keçən nə varsa, bol-bol götür. Yəni, biz onu məcbur etdik. Yoxsa o, heç gələsi də deyildi”. Müsahibimiz deyir ki, imkanları geniş deyil. Amma gələnləri heç də əliboş qaytarmayacaqlar: “Gündəlik 5 nəfər adam gələrsə, gələnləri boş qaytarmaq olmaz. İnsanlara yardım etmək, əl tutmaq lazımdır”. S.Abdullayev deyir ki, müharibədən sonra Rusiyanın Novosibirsk şəhərinə köçüb. Uzun müddət orada iş qurmağa çalışıb. Hər zaman da beynində ideya olub ki, maddi vəziyyəti yaxşılaşdıqdan sonra şəhid dostlarının ailələrinə daim yardım göstərəcək: “Novosibrskdən təkrar vətənə döndüm. Hamının həyatında maddi baxımdan sıxıntılı günləri olur. Olub ki, bir avtobusa minmişəm, cibimdə 20 qəpik olub, ikincisinə minə bilməmişəm. Bununla belə, düşünürdüm ki, iş qurası olsam, maddi durumum düzəlsə, şəhid dostlarımın övladlarını heç bir zaman unutmaram. Ümumi hesablayanda, ay ərzində 300-350 manat dəyərində kiməsə kömək edirsənsə, Allaha xoş gedər”.

















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.