“Mikayıl Cabbarovla heç cür görüşə bilmirəm...” – Türkiyəli rektordan narazılıq

7-07-2017, 22:33           

Bahçeşehir Universitetinin rektoru Azərbaycanda filiallarını açmaq məsələsində bürokratik əngəllərlə üzləşdiyini deyir.

Bu barədə Yenicag.Az-a açıqlama verən Bahçeşehir Universitetinin rektoru, professor Senay Yalçın bildirib ki, bu istiqamətdə etdikləri cəhdlər hələ ki nəticəsiz qalıb:

“Bahçeşehir Universiteti beynəlxalq səviyyəli bir ali məktəbdir. Dünyanın 3 qitəsində filiallarımız, mərkəzlərimiz fəaliyyət göstərir. 106 ölkədən 3 minə yaxın – o cümlədən, Azərbaycandan 310 tələbəmiz var.

Əlbəttə, biz də istərdik ki, Türkiyə ilə Azərbaycan arasında genişlənən əlaqələr təhsil sahəsini də əhatə etsin. O baxımdan, Azərbaycanda filialımızı açmaq, qazandığımız təcrübəni burada da bölüşmək, yerli tələbələrə yüksək səviyyədə təhsil verməyi arzulayırıq.

Əgər Azərbaycanda bizə şərait yaradılarsa, yer verilərsə, günü sabahdan hazırlıqlara başlayıb, bu işləri qısa müddətdə tamamlayarıq.

Ancaq təəssüf ki, bizim bununla bağlı müraciətimizə konkret cavab verilmir. Məsələni Azərbaycanın təhsil naziri Mikayıl Cabbarovla müzakirə etmək istəsəm də, onunla heç cür görüşə bilmirəm.

M. Cabbarovun müavini Firudin Qurbanovla, həmçinin bəzi millət vəkilləri ilə görüşmüşəm. Lakin dediyim kimi hələ bir nəticə yoxdur”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru