Xəcalətimdən evə aparmadım, tulladım - Professor

8-07-2017, 10:27           

Müharibə vəziyyətindəyik, amma ortada bir dənə də olsa, ciddi bədii əsərimiz yoxdur. Qarabağ müharibəsi boyunca uğurlu və uğursuz döyüşlərimiz olub. Çoxunun da adı və vaxtı bəllidir. Habelə illərlə döyüşən, böyük xatirələri olan qazilərimiz var.

Kult.az xəbər verir ki, bu sözləri hüquq elmləri doktoru, professor Fərhad Mehdiyev müharibə mövzusunda əsərlərin yaranmamasından dolayı yazarlara çağırışında deyib. Professor bildirib ki, müharibə ədəbiyyatının yaranması üçün bütün şərait var:

“Keçmiş qazilərdən intervülər alıb, sonra bunları nədən povest ya da hekayə, romana çevirmirsiniz? Bu il bir yazarımız kitab yazmışdı, aldım, amma xəcalətimdən evə aparmadım, tulladım.

Mən hüquqşünasam, pensiyaya çıxanda yazarlıq edərəm. O vaxta kimi də xeyli qazimiz rəhmətə gedəcək, yaddaşlar pozulacaq. Olmazmı ki, müharibə haqqında bir-iki ciddi əsər yazasınız; həqiqi hadisələr üzərində inşa edilmiş bir savaş epopeyası?

Remarkın "Qərb cəbhəsində dəyişiklik yoxdur" əsərinə baxın, stil və metodu ordan götürə bilərsiniz”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.