HAKİM ELİTA TOYDAN ÇIXIB, TOYA TƏLƏSİB - 3 iri məmur eyni gündə övladına toy edib

10-07-2017, 09:46           

İyulun 7-də Azərbaycanın hakim elitasında toy həyəcanı yaşanıb.

“AzPolitika”ya daxil olan məlumata görə, həmin gün ən azı 3 yüksək vəzifəli şəxs övladına toy edib – dəvətlilər toydan çıxıb, toya tələsiblər.

Belə ki, “Azərenerji” prezidenti Etibar Pirverdiyev və Dövlət Gömrük Komitəsi sədrinin müavini Əsgər Abdullayev qız övladlarına, Fövqəladə Hallar nazirinin müavini Orucəli Hacıyev isə oğluna toy ediblər.

Hər üç toya dəvətli olan qonaqlar – nazirlər və digər yüksək rütbəli məmurlar gərgin bir gün keçiriblər – onlar bir toydan çıxaraq digərinə tələsiblər.

Allah xöşbəxt eləsin!












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru