“Hacıyıq, pivəxana nədir?” - Səs-küylü “şəhid bulağı”ndan FOTOLAR

10-07-2017, 22:34           
“Hacıyıq, pivəxana nədir?” - Səs-küylü “şəhid bulağı”ndan FOTOLAR
Bu gün Qarabağ döyüşlərində qəhrəmancasına həlak olmuş şəhid Allahverdiyev Məhəmməd Şurulla oğlunun xatirəsinə tikilmiş bulaq-kompleksin sökülməsi barədə xəbər vermişik. Şəhidin adına tikilmiş bulağın yerində “Qarabağ” adlı kababxana- pivəxananın açılması isə sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub. Heyrət doğuran əsas məqamlardan biri isə sökülmə işini həyata keçirən şəxsin şəhidin qardaşı olmasıdır.
“Qafqazinfo”nun əməkdaşları bulağın söküldüyü ərazidə olub. Məlum olub ki, xəbərlərdə yayıldığı kimi sözügedən ərazi kafe - pivəxana deyil. Obyektdə ət kəsimi edilir və kabab bişirilir. Kəsim dükanının sahibi isə şəhidin qardaşı Mübariz Allahverdiyevdir. M. Allahverdiyev obyekti icarəyə verib.
İcarəçi şəxslər isə saytımıza bildiriblər ki, burada heç vaxt pivəxana olmayıb:
“Camaat yalandan yazıb. Biz - obyekti icarəyə götürənlər hacı adamlarıq. Pivəxana nədir? Bulaq indi əvvəlki yerinə qaytarılıb. Təxminən bir ay yarım əvvələ kimi isə obyektin sağ küncündə şəhidin abidəsi divara qoyulmuşdu. Bu gün isə Yasamal rayon icra hakimiyyətinin başçısının müavini gəldi. Abidə əvvəlki yerinə qaytarıldı. Sabah isə bulağın qoyuluşu planlaşdırılır”.

















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru