Ağdaşda DYP əməkdaşlarının təqib etdiyi sürücü avtomobilini kanala aşırıb

11-07-2017, 14:49           
Ağdaşda DYP əməkdaşlarının təqib etdiyi sürücü avtomobilini kanala aşırıb
Ağdaş rayonunda Dövlət Yol Polis (DYP) əməkdaşlarının təqibindən qaçmağa çalışan sürücü avtomobilini kanala aşırıb.
“Report”un Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Cücüklü kəndi ərazisində baş verib.
Belə ki, kənd sakini, 1992-ci il təvəllüdlü Elməddin Məmməd oğlu Məmmədov "VAZ-2107" markalı avtomobillə hərəkətdə olarkən Yol Patrul Xidmətinin (YPX) əməkdaşlarının "saxla!" əmrinə tabe olmayıb. YPX əməkdaşları onu təqib etməyə başlayıblar. Yüksək sürətlə hərəkətdə olan sürücü idarəetməni itirib və avtomobili yolun kənarılndakı kanala aşırıb. Nəticədə sürücü E.Məmmədov ağır bədən xəsarətləri alıb. Yaralı Ağdaş Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan "Report"un yerli bürosuna bildirilib ki, E. Məmmədovun müalicə və müayinəsi davam edir, vəziyyəti ağırdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.