Adını dəyişdirmiş erməni Azərbaycanda təşkilat rəhbəridir – Deputatdan şok açıqlama

11-07-2017, 22:00           
Adını dəyişdirmiş erməni Azərbaycanda təşkilat rəhbəridir – Deputatdan şok açıqlama
Bir faktı açıqlayım. Bu yaxınlarda sosial şəbəkələrdə Azərbaycan dili haqqında əks təbliğat aparılırdı. Dilimiz təhqir olunurdu. Biz araşdırdıq ki, bunu yayan Azərbaycanda yaşayan adını dəyişdirmiş bir ermənidir. Hətta bir təşkilat rəhbəridir. Özü əsaslandırmağa çalışdı ki, guya tatar mənşəlidir, amma mənşəyi bəlli oldu ki, ermənidir”.

Bu fukirləri Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzovun APA-ya müsahibəsində səsləndirib.

Deputat bunun nəticəsi nə olduğu və həmin şəxsin kimliyi ilə bağlı sualı isə belə cavablandırıb: “Nəticəsi odur ki, hazırda aidiyyəti qurumlar onunla məşğuldur. Adını da lazım gəlsə, onlar açıqlayarlar. Yəni bu cür hallar var. Bu baxımdan da biz erməni mənşəli şəxsləri ərazimizə buraxa bilmərik. Onlar tamam başqa məqsədlə Azərbaycana gəlirlər”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru