Şəhid ananın şəhid oğlu-Raquf Orucov

12-07-2017, 21:12           
Şəhid ananın şəhid oğlu-Raquf Orucov
Bu gün aprel döyüşlərində şəhid olan polkovnik-leytenant Raquf Orucovun doğum günüdür - yaşasaydı, 45 yaşını qeyd edəcəkdi.
Şəhidimiz 1972-ci il 12 iyulda Ağdam rayonunun Cinli kəndində doğulub.

Raquf, ailənin ilk şəhidi deyil. Doğma Ağdamın işğalı zamanı onun anası və 3 yaxın qohumu şəhid olub. O zaman Raquf Ağdamın yaxınlığında – Əsgəran rayonunun Naxçıvanik kəndi uğrunda gedən döyüşlərdə iştirak edirdi. Anası şəhid olanda söz vermişdi ki, bu qisası düşməndən alacaq.

Azərbaycan Ali Hərbi Məktəbində təhsilini başa vurduqdan sonra yenidən döyüş bölgəsində xidmətini davam etdirib.
1996-cı ildə Murovdakı "N" saylı hərbi hissədə kəşfiyyat bölüyünün komandiri olub.

Müxtəlif dövrlərdə cəbhənin ən qaynar nöqtələrində kəşfiyyat qruplarının düşmən arxasında həyata keçirdiyi onlarla uğurlu əməliyyatların əsas təşkilatçılarından və iştirakçılarından biri məhz Raquf Orucovdur.

Aprel döyüşlərində qəhrəmancasına şəhid olan polkovnik-leytenant Raquf Orucov, həmin ayın 5-də son mənzilə yola salınıb. Sumqayıt Şəhidlər Xiyabanında keçirilən vida mərasimində 10 000-dən çox insan iştirak edib.

Polkovnik-leytenant R.Orucov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.
Allah rəhmət eləsin.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru