Cəmi 4 ildir ki , istifadəyə verilən bina artıq qəzalı vəziyyətdədir
BTV bildirir ki,ötən süjetlərimizin birində Cəlilabad rayon Qurtuluş prospektində yerləşən, əlillər və şəhid ailələri üçün nəzərdə tutulan yaşayış binasının təhlükəli vəziyyətdə olmasından xəbər vermişdik. Xəbərdə bildirilirdi ki , cəmi 4 ildir ki , istifadəyə verilən bina artıq qəzalı vəziyyətdədir və bu şəraitdə yaşamaq sakinləri təngə gətirib. Sakinləri onu da bildirir ki , onların problemi ilə maraqlanan yoxdur . Məsələyə aidiyyatı qurumlara dəfələrlə müraciət etsələr də şikayətlərinə baxılmır. Qeyd edək ki ,bizə daxil olan müraciətlərdən sonra məsələ ilə bağlı Cəlilabad rayon icra hakimiyyətilə əlaqə saxlamışdıq. İcra başçısının birinci müavini Asif Əzizov suallarımızı cavablandıraraq bildirmişdi ki , bina icra hakimiyyətinin balansında deyil,bu məsələyə Əmək və Əhalini Sosial Müdafiəsi Nazirliyi baxır. [media=https://www.youtube.com/watch?v=U6IjxBZ8jKg]