Saatlıda Sosial Müdafiə Nazirliyinin yerli şöbəsi yoxdur - Olsa idi bu ailə insan kimi yaşayardı FOTOFAKT

23-07-2015, 12:25           
Saatlıda Sosial Müdafiə Nazirliyinin yerli şöbəsi yoxdur - Olsa idi bu ailə insan kimi yaşayardı FOTOFAKT
teref.az yazır:
Bir müddət bundan əvvəl aşağıda yazdığımız məqalənin inanırdıq ki, qalın qabıq məmurlara təsir edəcək. Bizim yazıdan sonra ölkə prezidenti də bu problemlərə toxundu və məmurlara əlil vətəndaşlara etinasız yanaşmamağı tələb etdi. Lakin əfsuslar olsun ki, Saatlı rayonunda Sosial Müdafiə Nazirliyinin yerli şöbəsi deyəsən heç kimi saymır. Saatlıdan bizə veriln xəbərə görə hər şey əvvəlki kimi yerində qalır. Keçən ay dərc etdiyimiz yazını Teref.infi olaraq bir də nəzərinizə çatdırırıq!
Saatlı rayonu Qarayev kəndində yaşayan bu əlil ailəsi əsil səfalət içində yaşayır. Rayon sosial müdafiə idarələrinin yağ içində böyrək kimi yaşadığı bir vaxtda
rayonun bu sakinlərini görməzdən gəlmək ən azından vicdansızlıqdır.
Bizə yazan kənd sakininin sözlərinə görə, evin böyüyü Ağayev Yaqub Elxan oğlu 3 qrup əlildir. Oğlu1989 il təvəllüdlü Ağayev Niyaməddin Yaqub oğlu isə 1 qrupp əlildir. Bu 26 yaşlı oğlanın iki ayaqlarıda işləmir. O bizim "şanlı" həkimlərimizin qurbanıdır. Ağayevlər ailəsi atanın 90 manat, oğulun 120 manat pensiyası ilə dolanırlar. Siz aşağıdakı şəkildə onarın yaşadıqları evi görəcəksiniz. Həqiqətən də bu şəraitdə və onlara verilən pensiya ilə yaşamaq insan adına bir təhqirdir.
Görəsən bizim Sosial Müdafiə Nazirliyimizin hər hansı bir işçisi bu pulla ailəni demirəm özünü dolandıra bilər?
Bu ayaqları işləməyən 26 yaşında oğlan ancaq sürünərək yaşayır. Sözün əsl mənasında sürünür, çünki onun heç əlil arabası da yoxdur. Sosial Müdafiə Nazirliyinin heç bir qayğısını görməyən bu əlil insanlar bizim vətəndaşımız deyillər?
















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.