“Azercell”dən jurnalistlərə qarşı hörmətsizlik - FOTO

28-08-2017, 13:23           

Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunları ərəfəsində “Azercell Telekom” MMC şirkəti tərəfindən bir qrup jurnalistə hədiyyə edilən mobil “MIFI” cihazlarına istifadə edilmədiyi halda 50 manata yaxın borc yazılıb.

teref.az Ölkə.Az-a istinadən bildirir ki, “Azercell Telekom” MMC tərəfindən sözügedən cihazı hədiyyə alan jurnalistlərin bir çoxunun adına 50 manata yaxın borcu olması barədə poçtla bildiriş göndərilib. Bildirişdə borcun yaranması cihazdakı internetin bağlanılmaması ilə əsaslandırılır. Halbuki, jurnalistlərə sözügedən cihaz hədiyyə edilərkən adlarına borc gəlməyəcəyi və üç aylıq pulsuz internet istifadə edildikdən sonra cihazın avtomatik bağlanılacağı söylənilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru